Kateqoriya: 16+

Qəpiyim də yox idi və qatilimi axtarırdım

8,40 ₼

Ətraflı

Bəkir Tunc sağ əlindəki silahı Oğuz bəyə, sol əlindəki silahı isə mənə tuşlamışdı.

Tapançamı hər iki əlimlə bərk-bərk sıxdım. Özümü tətiyi çəkməkdən zorla saxlayırdım.

Dodaqlarının yanından çənəsinə doğru uzanan bığları aralandı, fınxırdı, gözümün içinə dik baxdı. Ağzından sözlər güclə çıxdı:

- Mən səni gəbərtməmişdim, əclaf?

- Deyirdin ki, bu işlər şahmat oynamağa bənzəmir. Amma səhv etmisən, axmaq Bəkir! Bu işlər doğrudan da şahmat oyununa bənzəyir.

Bir-birinə qarışan üç atəş səsi düzənlikdəki boşluğa yayılıb səmaya doğru qalxdı.