Ətraflı
16+
Onları, uzun illər əvvəl, həbsxana həyatı birləşdirmişdi. Ayrı ayrı vaxtlarda, həm ev sahibi ilə, həm də "Qızılbaş"la birgə cəza çəkən qonaq, sonradan hər ikisi ilə, xüsusilə "Qızılbaş"la möhkəm dostluq münasibətləri saxlamışdı. Ancaq yaşadıqları aləmin qanunları heç bir səhvi bağışlamağa icazə vermirdi. Nə dostluq, nə də tonlarla kəsilmiş duz-çörək buraxılmış səhv qarşısında hansısa güzəştə əsas vermirdi. Bu aləmdə ideya hər şeydən irəli, yazılmamış qanunlar isə müqəddəs idi. "Qızılbaş"ın həyatı nazik bir tükdən asılı idi. Hər şeyi gedişat göstərəcəkdi. Lazım gələrsə, onu aradan götürtmək isə nə qədər paradoksal olsa da, ənin yaxın dostuna tapşırılmışdı...