Ətraflı
Hər birimizin qəlbinin dərinliklərində gizlətdiyi hekayələr var. Bəziləri cəmiyyətin qınağından qorxduğu üçün gizli qalır. Digərləri isə hətta öz həqiqətlərini qəbul etməkdən belə çəkinirlər.
Bu roman sizi travmaların, mübarizənin və özünü kəşf etməyin mürəkkəb labirintinə aparacaq. Bir psixoloqun həyatına zərif bir meh kimi toxunan qəribə bir bəy, uğur hekayəsi ilə ona yol göstərən bir qadın və keçmişinin yaralarını gizlədən, bir gün onlarla üzləşmək məcburiyyətində qalacaq bir kişi...
Onların hər biri əsl kimliyini tanımağa, qəbul etməyə və bu kimliyi cəmiyyət qarşısında göstərməyə hazırdır. Lakin bu yol heç də asan olmayacaq. Çünki hər həqiqətin üzə çıxması üçün bir travma, hər travmanın öhdəsindən gəlmək üçün isə güc lazımdır.
Bu hekayə yalnız onların deyil. O, sizin də daxili dünyanıza işıq salacaq, bəlkə də özünüzü daha yaxından tanımağınıza kömək edəcək.
Əslində siz kimsiniz?
Cavabını bu səhifələrdə tapacaqsınız...