Ətraflı
Vərəqlərdə itirmişəm
Çox susduğum yerlər olub.
Vərəq-vərəq ötürmüşəm.
Mən ömrümün çox yerini,
Vərəqlərdə itirmişəm.
Mən heç kəsi yormamışam.
Yarı yolda qoymamışam.
Vergül qoyub durmamışam,
Nöqtə qoyub bitirmişəm.
Min haqqı var hər tikənin.
Alnı ağdır tər tökənin.
Ürəyimə dağ çəkənin,
Mən çayını üfürmüşəm.