Ətraflı
Rəssam.. mən çox danışanam
Sən susduğum yerləri çək.
Barışanda mən çəkirəm,
Sən küsdüyüm yerləri çək.
Çək gözümüz qarasını.
Ağrısını, yarasını.
Mən ömrümün hamısını...
Sən kəsdiyim yerləri çək
Söz yazıram vərəq yoxdur.
Yaşayıram ürək yoxdur.
Yalanlara gərək yoxdur.
And içdiyim yerləri çək.