Ətraflı
Bir səhər bütün ölkə sarsıdıcı bir xəbər ilə oyandı: 21 yaşlı tələbə qız həyatını itirmişdi. Qısa zamanda bütün xəbər saytları və sosial media bu faciədən danışmağa başladı.
Amma hamını düşündürən bir sual var idi: bu, doğurdanmı intihar idi, yoxsa o qətlə yetirilmişdi?
Arzuları, hədəfləri, gələcək planları olan, universitetə yüksək balla qəbul olmuş gənc bir qız səbəbsiz yerə həyatına niyə son qoysun? Öz həyatıını yaşayan, heç kimə qarışmayan bir qızın düşməni ols bilərdi?
Bu müəmmalı işi araşdırmaq təcrübəli müstəntiq Adil bəy üçün də asan deyildi. Çünki araşdırmaya başlamaq üçün əlinə cəmi üç ipucu vardı: bir çanta, bir gündəlik və ailəsinə ünvanlanmış məktub.